25.06.2025, 08:29
223 baxış
Azad
12 günlük müharibədən ən çox udan hansı dövlət oldu?
İsrail-İran müharibəsi niyə dayandı?
İsrail elə bilirdi ki, İranın hərbi rəhbərliyini kütləvi şəkildə əvvəldə öldürməklə rejimi şoka salacaq, əhali etirazlara qalxacaq və bununla da müharibəni udacaq. Lakin İran qısa müddətdə nəinki özünə gəldi, hətta İsrailin keçilməz hərbi qüdrəti mifini də dağıtdı.
İsrailin təkbətək müharibədə məğlub olmasına yol verməmək üçün məsələyə ABŞ müdaxilə etməli oldu. Amma ABŞ-ın İrana qarşı müharibəni davam etdirməsi nüvə silahına malik olan Çin və Pakistanla üz-üzə qalmaq demək idi. Buna görə də müharibə dayandı.
Əlbəttə, texnoloji baxımdan arxasında ABŞ duran İsrail İrandan üstündür. Amma bu üstünlük yalnız qısamüddətli dövrdə səmərəlidir. Daxili xəyanətkarlar hesabına İranda təşviş yaratmaqdan o tərəfə işləmir.
İran həm ərazi, həm də əhali göstəricisinə görə İsrailindən üstündür. Buna görə də hətta İsrailin zərbələri daha ağır olsa da, uzunmüddətli müharibədə onun şansı yoxdur. Qısamüddətli həmlə isə nəticə vermədi. Nəticədə rejim daha da gücləndi.
Bu 12 günlük müharibədən ən çox udan isə Rusiya oldu. Çünki belə çıxır ki, bir dövlət digər dövləti özünə təhlükə görürsə, ona təcavüz edə bilər. Bununla da Rusiyanın Ukraynaya qarşı müharibəsinin mənəvi əsası təsdiqini tapdı. Ən azı Tramp belə hesab edir. Tramp isə dünyanın ən nəhəng dövlətinin rəhbəridir...
Əkrəm Həsənov,
hüquqşünas