Medianews.az
Bəzi çaylarda suyun <span style=color:red>səviyyəsi artıb
94 baxış

Bəzi çaylarda suyun səviyyəsi artıb

Bəzi çaylarda suyun səviyyəsi artıb. Medianews.az avtomat hidroloji stansiyalara istinadən xəbər verir ki, saat 9:00-a olan məlumata əsasən Böyük Qafqaz ərazisindən axan Qarasuçayda 22 sm, Katexçayda 9 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Bərgüşadçayda 8 sm, Oxçuçayda isə 3 sm artım qeydə alınıb. Transsərhəd çay olan Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 7 sm artıb, su sərfi 236 m3/san olmaqla normanın 58%-ni Qanıx-Cəlayir məntəqəsində isə suyun səviyyəsi 17 sm artıb, su sərfi 155 m3/san olmaqla normanın 93%-ni təşkil edir.

Bizə qoşulun