20.06.2025, 12:02
252 baxış
Azad
“Faktiki olaraq Naxçıvanın muxtariyyəti ləğv edilir” – Natiq Cəfərli
“Faktiki olaraq Naxçıvanın muxtariyyəti ləğv edilir”. Siyasətçi Natiq Cəfərli “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” qanun layihəsinə sosial şəbəkədə münasibət bildirərkən belə deyib.
N.Cəfərli yazıb: “Düşünürəm ki, bu, doğru qərardır. Çox güman, addım-addım bu yolla gedilir, son mərhələdə isə ölkə üzrə referendumla bir çox məsələlər, o cümlədən Naxçıvanın muxtariyyət məsələsi də öz həllini tapmalıdır”.
Medianews.az xatırladır ki, “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” qanun layihəsi bu il fevralın 20-də və mayın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində səs qoyularaq qəbul edilib.
Naxçıvan Muxtar Respublikası Konstitusiyasına əsasən, Naxçıvan Konstitusiyasına dəyişikliklər və əlavələr Ali Məclisdə iki dəfə səsə qoyulmalı, ikinci səsvermə birinci səsvermədən 3 ay sonra keçirilməlidir. Konstitusiyaya dəyişikliklər Ali Məclisdə qəbul edildikdən sonra isə təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilməlidir.
Artıq layihə Milli Məclisdədir. Milli Məclis konstitusiya qanunu ilə təsdiqləsə Ali Məclisin Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına etdiyi dəyişikliklər qüvvəyə minəcək.
Medianews.az
Paylaş: