Medianews.az
Kişi kürəyində bıçaqla polisə <span style=color:red> özü müraciət etdi – VİDEO (18+)
151 baxış

Kişi kürəyində bıçaqla polisə özü müraciət etdi – VİDEO (18+)

Tatarıstanda 46 yaşlı kişi kürəyində bıçaqla polisə özü müraciət edib. Medianews.az xəbər verir ki, hadisə Nijnekamsk şəhərində baş verib. O, səhərdən dostu ilə küçədə içki içib. Onlara başqa bir kişi də qoşulub və üçü birlikdə yaralanan şəxsin evinə qonağa gedib. Nəticədə ev sahibi yeni tanışı ilə mübahisə edib və yeni tanışı, onun kürəyindən bıçaqlayıb. Kişi, huşunu itirib və yalnız səhəri gün özünə gəlib. Ağrısını hiss edərək köynəyini çıxarıb və qulpsuz bıçağın hələ də bədənində olduğunu anlayıb. Bundan sonra o, polisə gedib və tibbi yardım da alıb. Hücum edən şəxs tapılıb - o, 49 yaşlı işsiz, çoxsaylı məhkum olunmuş yerli sakin olub və o, nəzarətə götürülüb. Medianews.az   

Bizə qoşulun