Medianews.az
Arvadını vəhşicəsinə öldürüb aktyorun maşınında<span style=color:red>  GİZLƏTDİ
158 baxış

Arvadını vəhşicəsinə öldürüb aktyorun maşınında  GİZLƏTDİ

Rusiyada kişi həyat yoldaşını vəhşicəsinə qətlə yetirib cəsədi məşhur aktyor Qoşa Kutsenkonun maşınında gizlədib. Medianews.az xəbər verir ki, Albert Abdullin adlı cinayətkar mühakimə edilib. İstintaq zamanı müəyyən edilib ki, o, yanvarın 19-da Moskvanın Doroqomilovo rayonundakı parkda olub və 36 yaşlı yoldaşı ilə içki içib. Lakin cütlük mübahisə edib və Abdullin yaşayış binasının yaxınlığında bıçaq çıxarıb. O, qadına azı 26 bıçaq zərbəsi vurub. Cinayətin izlərini gizlətmək üçün o, meyiti yaxınlıqda dayanmış “ZAZ-968” markalı avtomobildə gizlədib, sonra onun arxasınca içəri minərək yuxuya gedib. Orada da tapılıb. Kişi günahını tamamilə etiraf edib. Məhkəmənin hökmü ilə o, 13 il müddətinə azadlıqdan məhrum edilib, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkib. Medianews.az

Bizə qoşulun