18.06.2025, 10:15
115 baxış
Lamiyə
Xarici KİV: İsrailin silahları tükənmək üzrədir
İsrailin “Strela” raketdən müdafiə sistemləri tükənmək üzrədir və ABŞ bu barədə bir neçə aydır ki, bilir.
Medianews.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Adının çəkilməsini istəməyən ABŞ rəsmisi nəşrə bildirib ki, Vaşinqton İsrailin raketdən müdafiə sistemləri ilə bağlı problemlərdən aylardır xəbərdardır.
Qeyd olunur ki, iyun ayında İranla münaqişə qızışmağa başlayandan Pentaqon İsrailə daha çox raketdən müdafiə sistemi göndərməyə başlayıb, lakin indi ABŞ-nin da raketdən müdafiə sistemlərinin tükənəcəyi ilə bağlı narahatlıq var.
Medianews.az