Medianews.az
HƏMAS Rusiyaya müraciət etdi
179 baxış

HƏMAS Rusiyaya müraciət etdi

Fələstinin radikal HƏMAS hərəkatı Rusiyadan Qəzza zolağının sakinlərinə humanitar yardım çatdırarkən beynəlxalq hüquq çərçivəsində götürdüyü öhdəliklərə əməl etməsi üçün İsrailə təsir göstərməsini xahiş edib. Medianews.az xəbər verir ki, bu barədə hərəkatın siyasi bürosunun sədr müavini Musa Əbu Mərzuk məlumat verib. " Qəzzada ərzaq əldə etmək İsrail tərəfi tərəfindən təzyiq vasitəsi kimi istifadə olunur ki, bu da birbaşa beynəlxalq normaları pozur", - Həmas nümayəndəsi qeyd edib. Əbu Mərzuk onu da vurğulayıb ki, hərəkat bu xaişi müxtəlif ölkələrə edir, lakin Rusiyanı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) üzvü olduğu üçün “xüsusilə fərqləndirir”. Onun sözlərinə görə, bu, Moskvaya "İsrailə lazımi təsir göstərmək və ölkəni beynəlxalq hüquq normalarına riayət etməyə məcbur etmək" imkanı verir. Medianews.az

Bizə qoşulun