17.06.2025, 14:10
166 baxış
Azad
Gəlir 17,1 milyard manatı, xərc 13,6 milyard manatı ötür
İlkin hesabata görə, 2025-ci ilin yanvar-may aylarında Azərbaycanın dövlət büdcəsinə 17 milyard 138 milyon manat daxil olub, büdcədən 13 milyard 691,8 milyon manat xərclənib. Əhalinin gəlirləri 34,1 milyard manat göstərilir.
Medianews.az Dövlət Statistika Komitəsinə istinadla bildirir ki, 2024-cü ilin yanvar-may ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 1,5 faiz artıb (heyvandarlıq məhsulları istehsalı 1 faiz, bitkiçilik məhsulları istehsalı 3,1 faiz).
Qeyd olunur ki, nəqliyyat sektorunda yük daşınması üzrə 3 faiz, sərnişin daşınması üzrə 5,9 faiz artım rəsmiləşib.
İnformasiya və rabitə xidmətlərinin həcminin 7,3 faiz, ictimai iaşə dövriyyəsinin real ifadədə 16,6 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin dəyərinin real ifadədə 9,7 faiz artdığı vurğulanır.
Toğrul Əli,
Medianews.az