17.06.2025, 09:44
108 baxış
Nailə
"Dinamo Zaqreb" "Bavariya"nın futbolçusunu transfer edib
"Bavariya" Qabriel Vidoviçin Zaqreb "Dinamo"suna transferini rəsmən təsdiqləyib.
Oxu.Az xəbər verir ki, bu barədə Almaniya klubunun saytı məlumat yayıb.
21 yaşlı futbolçu Xorvatiya klubuna daimi əsaslarla keçib.
Vidoviç 2016-cı ildən "Bavariya"nın müxtəlif yaş qruplarında çıxış edib.
O, Münhen komandasının əsas komandasında səkkiz oyun keçirib.
Paylaş: