Medianews.az
Faciə: yanğında 5 uşaq <span style=color:red> həlak oldu
153 baxış

Faciə: yanğında 5 uşaq həlak oldu

Rusiyanın Orexovo-Zuevski şəhər rayonunun Kurskoye kəndində taxta evdə yanğın baş verib. Medianews.az xəbər verir ki, hadisənin iyunun 13-də baş verdiyi bildirilir. İki aylıqdan 17 yaşa qədər beş uşaq dünyasını dəyişib. Yanğın zamanı ölən uşaqların anası da xəsarət alıb, lakin o, sağ qala bilib - yanıq xəsarətləri ilə şəhər xəstəxanasına yerləşdirilib. İstintaq Komitəsinin əlavə etdiyi kimi, yanğın söndürülən kimi müstəntiqlər və məhkəmə-tibb ekspertləri hadisə yerinə baxış keçirməyə başlayacaqlar. Medianews.az

Bizə qoşulun