Medianews.az
13.06.2025, 10:37
214 baxış
Azad
Qonşuluğumuzdakı döyüşlər Azərbaycanın hava məkanında “tıxac” yaradıb – FOTO
Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar üç ildən çoxdur Ukraynanın hava məkanı bağlıdır. Eyni zamanda Ukraynanın dron zərbələrinə görə bir sıra aviasiya şirkətləri Rusiyanın da hava məkanında istifadə etmir.
İndi İran-İsrail müharibəsi ilə əlaqədar İranın da hava məkanı bağlanıb.
Bütün bunlar hazırda Azərbaycan səmasında fotoda gördüyünüz vəziyyətin yaranması ilə nəticələnib. Foto “Flightradar” qlobal uçuş izləmə xidmətinin səhifəsindən götürülüb.
Fotonu Medianews.az-a təqdim edən bloqçu Fərid Pərdəşünas deyib: “Əməlli-başlı dar boğaz yaranıb. Təkcə bu foto nə qədər çətin bir regionda qərarlaşdığımızı göstərir”.
Medianews.az
Medianews.az
Paylaş: