13.06.2025, 11:33
338 baxış
Nailə
ABŞ-ın Suriyaya hava hücumunda İŞİD lideri öldürüldü
ABŞ-ın Suriyanın şimal-qərbində həyata keçirdiyi hava hücumu nəticəsində İŞİD terror təşkilatının liderlərindən biri ölüb.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial media hesabında paylaşım edib.
Bildirilib ki, ABŞ hərbçiləri iyunun 10-da Suriyanın şimal-qərbində hava hücumu nəticəsində İŞİD səlahiyyətlisi Rahim Boevi öldürüb.
Məlumata görə, o, ABŞ vətəndaşlarını təhdid edən xarici əməliyyatların planlaşdırılmasında iştirak edib:
"Bu hava hücumu CENTCOM-un regional tərəfdaşları ilə birlikdə terrorçuların ABŞ qüvvələrinə qarşı hücumları planlaşdırmaq, təşkil etmək və həyata keçirmək səylərini pozmaq və zərərsizləşdirmək üzrə davam edən öhdəliyinin bir hissəsidir”.