Medianews.az
Ağdaşda toyda dava - <span style=color:red>Musiqiçilər qonağı döydü
85 baxış

Ağdaşda toyda dava - Musiqiçilər qonağı döydü

Ağdaşda toyda dava düşüb. Teleqraf-ın yerli bürosunun məlumatına görə, hadisə Ağsaray şadlıq sarayında baş verib. İlkin məlumata görə, musiqiçilərlə toy iştirakçısı arasında başlayan mübahisə sonuncun döyülməsi ilə nəticələnib. DİN-in Mətbuat xidmətinin regional qrupundan Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, zərərçəkmişin xəsarəti ilə bağlı müvafiq ekspertiza təyin olunub, əməli törətməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb. Faktla bağlı ərazi üzrə polis orqanında istintaq araşdırmaları aparılır.

Bizə qoşulun