Medianews.az
Rusiyadan sensasion iddia: <span style=color:red>ABŞ parçalanacaq
110 baxış

Rusiyadan sensasion iddia: ABŞ parçalanacaq

Rusiya Federasiya Şurasının İnformasiya Siyasəti və Media ilə Qarşılıqlı Əlaqələr Komissiyasının rəhbəri Aleksey Puşkov “Telegram” kanalında Kaliforniyadakı iğtişaşları dəyərləndirib. Publika.az xəbər verir ki, Puşkov ABŞ-ın ciddi parçalanma riski ilə üz-üzə olduğunu bəyan edib. "Kaliforniyada xaos və nəzarətsizlik hökm sürür. Brüssel Rusiyanın parçalanmasını arzulasa da, bu qeyri-mümkündür. Parçalanmağa əsl namizəd ABŞ ola bilər. Amerika cəmiyyəti onu dərindən sarsıdan güclü parçalanmalara tab gətirə bilməyəcək. Üstəlik, daxili qarşıdurmaya meyl artır. 21-ci əsrdə Birləşmiş Ştatlar parçalanmış dövlət ola bilər”, - Puşkov yazıb. Xatırladaq ki, iyunun 7-də İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) qeyri-qanuni immiqrantları aşkar etmək üçün Los-Anceles şəhərinin mərkəzində genişmiqyaslı reyd keçirib. Bu əməliyyatdan sonra başlayan nümayişlər federal hökumətin Kaliforniyaya maliyyə yardımını kəsmək planları mətbuatda dərc olunduqdan sonra qarşıdurmaya çevrildi.

Bizə qoşulun