Medianews.az
Ronaldo Klublararası DÇ-də <span style=color:red> oynayacaq?
127 baxış

Ronaldo Klublararası DÇ-də oynayacaq?

Portuqaliya millisinin və “Əl-Nəsr”in futbolçusu Kriştianu Ronaldo bu il ABŞ-də keçiriləcək Klublararası Dünya Çempionatında iştirak etməyəcək. “Qafqazinfo” xəbər verir ki, 40 yaşlı hücumçu bu barədə özü məlumat verib. O, bir neçə klubdan dəvət aldığını da deyib: “Çoxsaylı dəvətlərə, təkliflərə baxmayaraq, Klublararası Dünya Çempionatında iştirak etməyəcəyim dəqiqləşib. Müzakirələr, təmaslar olub. Lakin biz qısa, orta və uzunmüddətli perspektivdə düşünməliyik”. Qeyd edək ki, Klublararası Dünya Çempionatı iyunun 15-dən iyulun 13-dək keçiriləcək. Ronaldonun çıxış etdiyi Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandası turnirə qatıla bilməyəcək.

Bizə qoşulun