Medianews.az
Yeni mövsüm: Azərbaycan təmsilçiləri <span style=color:red>hansı komandalara tuş gəlir?
162 baxış

Yeni mövsüm: Azərbaycan təmsilçiləri hansı komandalara tuş gəlir?

UEFA-nın klub turnirlərində 2025-2026 mövsümü iyulun 8-də start götürür. Medianews.az bildirir ki, Avropa Liqasının finalı 2026-cı il mayın 20-si İstanbulda, Konfrans Liqasının finalı mayın 27-si Leypsiqdə, Çempionlar Liqasının finalı mayın 30-u Budapeştdə keçiriləcək. Azərbaycan mövsümdə 4 komanda ilə təmsil olunacaq: “Qarabağ” Çempionlar Liqasına, “Sabah” Avropa Liqasına, “Zirə” və “Araz-Naxçıvan” Konfrans Liqasına buraxılıb. Çempionlar Liqasına ikinci mərhələdən başlayan “Qarabağ” Xorvatiyanın “Riyeka”, Kiprin “Pafos” komandasına və ya birinci mərhələni keçəcək komandaların birinə (onların arasında İsveçdən “Malmö”, Rumıniyadan “Styaua”, Bolqarıstandan “Ludoqorets”, Sloveniyadan “Olimpiya” da var) rəqib ola bilər. “Sabah” Avropa Liqasının birinci mərhələsində yer alır. Komandanın potensial rəqibləri bunlardır: “Şaxtyor” (Ukrayna), “Legiya” (Polşa), “Partizan” (Serbiya), “Şerif” (Moldova), “Kluj” (Rumıniya), “Hapoel” (Beer-Şeva, İsrail), “Selye” (Sloveniya), “Spartak” (Slovakiya). “Zirə” və “Araz-Naxçıvan” Konfrans Liqasının ikinci mərhələsinə salınıb. Onların Niderlanddan “Alkmaar”, Avstriyadan “Rapid”, “Austria”, Çexiyadan “Sparta”, Türkiyədən “Başaksəhər”, İsraildən “Makkabi” (Hayfa), “Beytar” (Yerusəlim), Kiprdən “Omoniya”, Polşadan “Yaqelloniya”, “Rakov”, Portuqaliyadan “Santa Klara”, Qazaxıstandan “Astana”, Belçikadan “Şarlerua”, Xorvatiyadan “Hayduk”, Latviyadan “Riqa”, Sloveniyadan “Maribor”, Yunanıstandan AEK, “Aris”, Kosovodan “Balkani”, Slovakiyadan “Dunayska Streda”, Norveçdən “Vikinq”, “Rusenborq”, Lixtenşteyndən “Vaduts”, Şotlandiyadan “Dandi Yunayted”, Danimarkadan “Brondbü”, “Silkeborq”, İsveçrədən “Lozanna”, Macarıstandan “Puşkaş Akademiya”, Rumıniyadan “Universitatya” (Krayova) ilə qarşılaşması mümkündür. Çempionlar Liqasının birinci mərhələsində ələnənlər Konfrans Liqasına, sonrakı mərhələlərində ələnənlər Avropa Liqasına, Avropa Liqasının təsnifat raundlarında ələnənlər Konfrans Liqasına köçür. Hər üç turnirin liqa mərhələsində 36 komandanın iştirakı nəzərdə tutulur, 9-24-cü yerləri tutanlar 1/16 finala, ilk 8 pilləni tutanlar 1/8 finala çıxır. Toğrul Əli, Medianews.az

Bizə qoşulun