Medianews.az
Yuxu zamanı xoruldamanın <span style=color:red> təhlükələri
98 baxış

Yuxu zamanı xoruldamanın təhlükələri

“Yuxu zamanı xoruldamaq xərçəngə tutulma riskini artırır”. Medianews.az xəbər verir ki, bunu həkim Xavyer Albares deyib. Albarez xoruldamanı piylənmə, burun tıkanıklığı, badamcıqların böyüməsi, əyilmiş septum, kiçik alt çənə və sakitləşdirici dərmanların istifadəsi ilə əlaqələndirib. Mütəxəssis əlavə edib ki, qadınlar üçün hamiləlik əlavə risk faktorudur. Bununla belə, ekspertin fikrincə, xoruldamanın əsas səbəblərindən biri də yuxu apnesidir. Bu vəziyyət, alimlərin araşdırmasına görə, hipertoniya, koronar ürək xəstəliyi, insult və aritmiya inkişaf riskini artırır. Bundan əlavə, xərçəng və neyrodegenerativ xəstəliklərin inkişafında yuxu apnesinin rolu sübut edilmişdir. Medianews.az

Bizə qoşulun