Medianews.az
Dəhşət: yanğın zamanı 4 nəfər <span style=color:red>ÖLDÜ
141 baxış

Dəhşət: yanğın zamanı 4 nəfər ÖLDÜ

Rusiyada iki qadın və iki uşaq olmaqla, 4 nəfərin ölümü ilə nəticələnən yanğın baş verib. Medianews.az xəbər verir ki, faciə Arxangelsk vilayətinin Novodvinsk bölgəsində, Dimitrova küçəsi 4 ünvanının ikinci mərtəbəsində baş verib. İnsan tələfatı ilə nəticələnən yanğının səbəbləri müəyyənləşdirilir. İstintaq Komitəsi cinayət işi açıb. Məlumata görə, ölən hər iki qadının 45 yaşı var. Ölən qızın 2 yaşı, oğlanın isə 10 aylıq olduğu bildirilir. Onların qadınlardan birinin övladları olduğu dəqiqləşdirilir. Qadının 18 yaşlı qızı xəstəxanaya yerləşdirilib. Beş nəfər təxliyə edilib. Medianews.az

Bizə qoşulun