26.05.2025, 09:55
118 baxış
Lamiyə
Pələnglər son 13 gündə doqquz nəfəri PARÇALAYIB
Hindistanın eyni bölgəsində 13 gündə 9 nəfər pələnglərin qurbanı olub.
Medianews.az xəbər verir ki, son hücum cümə axşamı, mayın 23-də, Maharaştra əyalətindəki Tadoba-Andhari Vəhşi Təbiət Qoruğunun sərhədi yaxınlığında baş verib.
55 yaşlı çoban Bandu Parasuram Urade 35 yaşlı qardaşı oğlu Kishore Madhukarm Urade ilə birlikdə mal-qarasını otlamağa aparıb. Bu zaman yırtıcı qəfildən adamlara hücum edərək Bandanı parça-parça edib və Kişoru ağır yaralayıb. O, möcüzə nəticəsində kəndə çata bilib və köməyə çağırıb.
Bandanın cəsədi daha sonra qoruğun yaxınlığındakı Kosbi meşəsində tapılıb. Kişor ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Yerli sakinlər və meşəçilər növbəti hücumların qarşısını almaq üçün heyvanı axtarırlar.
Medianews.az