Medianews.az
Təhlükəli yük daşıyan <span style=color:red>gəmi batıb
75 baxış

Təhlükəli yük daşıyan gəmi batıb

Ərəbistan dənizində, Hindistanın Kerala ştatı sahillərində Liberiya bayrağı altında üzən konteyner gəmisi batıb. Bu barədə Oxu.z Hindistan Sahil Mühafizəsinin məlumatına istinadla xəbər verir. Gəmi anbarlarından biri sürətlə su ilə dolmağa başladıqdan sonra Koçi limanından 38 dəniz mili aralıda batıb. Gəmi 640 konteyner daşıyıb, onların 13-də təhlükəli maddələr, 12-də isə kalsium karbid olub. Bundan əlavə, gəminin yanacaq çənlərində 84 tondan çox dizel yanacağı və 367 tona yaxın mazut olub ki, bu da ciddi ekoloji fəlakət təhlükəsi yaradır. Hindistan hökuməti neftin sızması ehtimalını istisna etmir.

Bizə qoşulun