Medianews.az
Bu qidalar yaşlanmanı <span style=color:red> YAVAŞLATIR
161 baxış

Bu qidalar yaşlanmanı YAVAŞLATIR

Yaşıl çay, giləmeyvə, zerdeçal, sarımsaq və rozmarin müntəzəm istehlakı bioloji qocalmanı ləngidə bilər. Medianews.az xəbər verir ki, bu, “Aging” jurnalında öz təhlillərinin nəticələrini dərc edən amerikalı tədqiqatçıların gəldiyi nəticədir. Tədqiqatın müəllifləri 50-72 yaş arası kişilərin iştirak etdiyi klinik tədqiqatın məlumatlarından istifadə ediblər. Onların hamısı xüsusi bir pəhrizə riayət ediblər. Ən böyük effekti polifenollarla zəngin ədviyyatlar və içkilər, gen aktivliyini tənzimləyə bilən maddələr daxil edən məhsullar qrupu göstərib. Bu qidaları diyetlərinə daxil edən iştirakçılar, çəki itirməsindən asılı olmayaraq, epigenetik yaşlarını səkkiz həftə ərzində orta hesabla iki il azaldıblar. Müəlliflərin fikrincə, sarımsaq, yaşıl çay, zerdeçal, giləmeyvə və rozmarin komponentləri epigenetik qocalmanı tetikleyen fermentlərin fəaliyyətini yatıra bilir. Onlardan bəziləri həmçinin hüceyrə təmirində və iltihabdan qorunmada iştirak edən genləri aktivləşdirir. Medianews.az

Bizə qoşulun