Medianews.az
Almaniya kansleri İsrail diplomatlarının <span style=color:red>qətlinə reaksiya verdi
106 baxış

Almaniya kansleri İsrail diplomatlarının qətlinə reaksiya verdi

Almaniya kansleri Fridrix Merts Vaşinqtondakı Yəhudi Muzeyinin yaxınlığında iki israilli diplomatın öldürülməsini pisləyib. Oxu.Az-ın xəbərinə görə, o, öz "X" hesabında müvafiq paylaşım edib. "Bu mərhələdə biz antisemit motivlərin olduğunu ehtimal etməliyik. Mən bu iyrənc aktı ən sərt şəkildə qınayıram", - deyə o paylaşımda bildirilib. Fridrix Merts İsrailin Vaşinqtondakı səfirliyinin iki əməkdaşının öldürülməsi xəbərindən şoka düşdüyünü bildirib. O, diplomatların ailələrinə başsağlığı verib.

Bizə qoşulun