Medianews.az
İmmunitet sistemini gücləndirən <span style=color:red> 3 məhsul
118 baxış

İmmunitet sistemini gücləndirən 3 məhsul

“Pəhrizinizə üç qida daxil etməklə immunitet sisteminizi gücləndirə bilərsiniz”. Medianews.az xəbər verir ki, bunu diyetoloq Yael Hasbani deyib. Hasbaninin qeyd etdiyi kimi, immunitet bağırsaqların vəziyyəti ilə sıx bağlıdır, ona görə də onun fəaliyyətinə müsbət təsir göstərən qidalardan istifadə etmək lazımdır. Belə ki, o, gündəlik menyuya mikroflora üçün faydalı olan duzlu kələm əlavə etməyi məsləhət görüb. Bundan əlavə, həkimin fikrincə, bu məqsəd üçün yoqurt uyğun gəlir. Tərkibində orqanizm üçün lazım olan zülallar, kalsium, B vitaminləri, fosfor, kalium və maqnezium var. Həmçinin, alimlərin araşdırmalarına görə, kefirin müntəzəm istehlakı bağırsaq bakteriyalarının müxtəlifliyini artırmağa kömək edir ki, bu da həzm sisteminin vəziyyətini yaxşılaşdırır. Medianews.az

Bizə qoşulun