Medianews.az
Dəhşət: 6 ay anasının meyiti ilə<span style=color:red> YAŞADI
142 baxış

Dəhşət: 6 ay anasının meyiti ilə YAŞADI

Yaponiyada Oita şəhərinin sakini 6 ay  anasının meyiti ilə yaşayıb. Medianews.az xəbər verir ki, o, həbs edilib. 93 yaşlı qadının qohumları onun itkin düşdüyünü 2024-cü ilin dekabrında polisə bildiriblər. Onlar onun oğlu, 57 yaşlı Tadahiro Ono ilə əlaqə saxlaya bilməyəcəkləri haqqında da məlumat veriblər. 2025-ci il mayın 15-də polis əməkdaşları ana və oğlunun yaşadığı evdə döşəmənin altında skelet aşkar ediblər. Ekspertlərin fikrincə, qadının qalıqları 2024-cü ilin oktyabr-dekabr ayları arasında orada yerləşdirilib. Dindirilmə zamanı kişi bunu etdiyini etiraf edib. Onun hərəkətinin motivləri barədə məlumat yoxdur, lakin polisin məlumatına görə, həmin şəxs işsiz olub. Ola bilsin ki, o, anasının pensiyasını almağa davam edib. Kişinin hansı cəzaya məruz qalacağı açıqlanmır. Medianews.az

Bizə qoşulun