19.05.2025, 09:38
120 baxış
Lamiyə
Pivə sağlamlığa faydalıdır?
“Pivə həqiqətən bağırsaq mikroflorasını yaxşılaşdıra bilər, lakin alkoqolsuz variantları seçmək daha yaxşıdır”.
Medianews.az xəbər verir ki, bunu mikrobioloq Sofya Tsvetikova deyib.
Tsvetikovanın sözlərinə görə, pivənin hazırlandığı səməni və mayaotunun tərkibində polifenollar var. Bu bitki əsaslı maddələr faydalı bağırsaq bakteriyalarının böyüməsini stimullaşdırır, nəticədə yerli iltihab əleyhinə və antioksidant təsir göstərir.
Mikrobioloq əlavə edib ki, pivə həmçinin prebiyotikləri - faydalı mikrobiota bakteriyalarını qidalandıran və disbakteriozdan qoruya bilən pəhriz liflərini ehtiva edir. "Bu içkinin tərkibində həzm olunmayan pəhriz lifi, həmçinin güclü antioksidant və antibakterial təsir göstərən qida lifinə bənzər xüsusi maddələr - melanoidinlər var", - o deyib.
Eyni zamanda Tsvetikova xəbərdarlıq edib ki, faydalı birləşmələrin olması pivədə kanserogenlərin olmasını istisna etmir.
Pivə, hər hansı bir spirt kimi, asetaldehidə parçalanan etanol ehtiva edir. Bu maddə əslində bütün bədən sistemlərini zəhərləyən bir zəhərdir. Bağırsaq mikrobiotasına da mənfi təsir göstərir.
Bu içkidən yalnız fayda əldə etmək üçün tərkibində prebiyotiklər olan, lakin etanol olmayan alkoqolsuz variantları seçmək daha yaxşıdır.
Medianews.az