Medianews.az
Mahir Emreli Almaniyada rəmzi komanda düşdü -<span style=color:red> FOTO
158 baxış

Mahir Emreli Almaniyada rəmzi komanda düşdü - FOTO

Azərbaycan yığmasının hücumçusu Mahir Emreli II Bundesliqada 34-cü turun rəmzi komandasına düşüb. “Qafqazinfo” xəbər verir ki, “Nürnberq”in hücumçusu “Ayntraxt”la (Braunşveyq) oyundakı performansı ilə buna layiq görülüb. Komandasının 4:1 hesabı ilə qalib gəldiyi matçda het-trikə imza atan 27 yaşlı forvard 3-4-3 sxemində qurulan “11-liy”in mərkəz hücumçusu kimi göstərilib. Qeyd edək ki, bu, Mahir Emrelinin “Nürnberq”də sonuncu oyunu olub. O, cari mövsüm komandanın heyətində ümumilikdə 11 qol vurub.

Bizə qoşulun