Medianews.az
Zoopark ziyarətçilərini<span style=color:red> ildırım vurdu
107 baxış

Zoopark ziyarətçilərini ildırım vurdu

Fransada zooparkı ildırım vurması nəticəsində ən azı 13 nəfər xəsarət alıb. Medianews.az xəbər verir ki, hadisə çərşənbə günü, mayın 14-də Fransanın cənubundakı Buş-du-Ron departamentində baş verib. Nəşrin məlumatına görə, xəsarət alanların arasında dörd uşaq da var. Almaniyadan olan bir qadının vəziyyətinin ağır olduğu da bildirilib. İldırım parkın "düz və təmiz" ərazisini vurub. Nə infrastruktura, nə də heyvanlara ziyan dəyib. Medianews.az

Bizə qoşulun