Medianews.az
Üç ay ötdü – Paşinyan layihəsini <span style=color:red>qəbul etdirə bilirmi?
223 baxış

Üç ay ötdü – Paşinyan layihəsini qəbul etdirə bilirmi?

Ermənistanın Baş naziri Nikol Paşinyanın "Real Ermənistan ideologiyası" adlı layihəsini açıqlamasından 3 aya yaxın vaxt ötür. Paşinyan sözügedən layihəni fevralın 19-da ölkəsinin rəsmi mətbuatında dərc etdirib. Ötən bu müddətdə müşahidələr nə göstərir - "Real Ermənistan ideologiyası" reallaşmağa doğru gedir, yoxsa kağız üzərində qalana oxşayır? Paşinyan "Real Ermənistan ideologiyası"nı erməni cəmiyyətinə qəbul etdirə biləcəkmi? "Real Ermənistan ideologiyası" ondan xəbər verirmi ki, Paşinyan həm də özündən sonrakı hakimiyyətlərin və nəsillərin ideoloji atası olmağa çalışır? Mövzu ilə bağlı Medianews.az-a danışan Qarabağ müharibəsi veteranı, polkovnik-leytenant, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl xatırladıb ki, "Real Ermənistan ideologiyası" Nikol Paşinyanın 2020-ci ilin payızındakı 44 günlük müharibədə və 2023-ci ilin sentyabrında Azərbaycanın həyata keçirdiyi antiterror əməliyyatında uduzandan sonra ön plana çıxardığı prinsiplərin məcmusudur. İlham İsmayılın sözlərinə görə, Paşinyanın hətta cibində gəzdirdiyi Ermənistan xəritəsi də onu göstərir ki, yüz illərlə illüziya ilə yaşamış erməni kilsəsinin, daşnakların, erməni diasporunun və havadarlarının təsiri altında formalaşan “böyük Ermənistan” xülyasına son verilməlidir: “Çünki real Ermənistandan qırağa çıxan iddialar bu ölkəni qonşularla, ilk növbədə Azərbaycan və Türkiyə ilə qarşı-qarşıya qoyur. Paşinyan da yaxşı bilir ki, qonşularla münasibətləri qaydasına salmasalar, yəni real Ermənistan çərçivəsində fəaliyyət göstərməsələr, beynəlxalq səviyyədə qəbul edilən ərazilərə qane olmasalar daima düşmənçilik aparmalı olacaqlar, bu isə onlara nə hərbi, nə iqtisadi, nə də siyasi cəhətdən xeyir gətirəcək. Kommunikasiyaların bağlanması, Azərbaycanla, Türkiyə ilə əlaqələrdən məhrum olması bu ölkəyə yaxşı heç nə vəd etmir. Ermənistanı Rusiya ilə bağlayan cəmi bir yol var – Yuxarı Lars yolu. Rusiya isə istənilən vaxt o yolu bağlaya bilər. Onda Ermənistan tam çıxılmaz vəziyyətdə qalar”. İlham İsmayılın qənaətincə, "Real Ermənistan" layihəsi kağız üzərində qalmayacaq: “Çünki erməni cəmiyyəti də “böyük Ermənistan” illüziyasının, bu illüziyanın tərkib hissəsi olan Qarabağa yiyələnmək iddiasının onlara nə qədər baha oturduğunu çox yaxşı dərk edir. Ermənistan yenə gerçəkliyi kənara qoyub sərsəm iddialara qapılsa, hətta bir dövlət kimi mövcudluğunu da itirə bilər. Məncə, nəhayət ki, bunu erməni cəmiyyətində anlayanların sayı artıb. Paşinyanın əslində Ermənistan üçün çox vacib, həyati əhəmiyyət daşıyan bir ideologiya ortaya qoyduğunu yəqin ki, tək onun komandası, tərəfdarları yox, hətta rəqibləri də başa düşür. Amma təəssüf ki, revanşistlər, Rusiya yönümlü siyasi qüvvələr də yoxa çıxmayıb, onların hakimiyyət uğrunda mübarizəsi dayanmayıb. Bu yaxınlarda Vitali Balasanyan adlı qatilin Rusiya Prezidenti Vladimir Putinə məktubu da buna əyani sübutdur. Deməli, yenidən Azərbaycan torpaqlarını Rusiyanın əli ilə işğal etməyə ümid bəsləyənlər, eyni zamanda erməni toplumunu yenə bu xülya ilə bəsləməyə çalışanlar var. Erməni terrorunun, erməni faşizminin ideoloqlarından olan Zori Balayan da 2013-cü ildə Vladimir Putinə məktub yazmışdı, bildirmişdi ki, Qarabağa gəlin, bura sizindir. Necə deyərlər, nökər ağasına məktub yazar. Amma onların ağalarının da başı daşdan-daşa dəyib. Azərbaycan ərazi bütövlüyünü bərpa edib və bu reallıq dəyişən deyil. Ona görə ermənilər üçün ən faydalısı və ən realı elə Paşinyanın “Real Ermənistan” siyasətidir. Bu, Paşinyandan sonrakı hakimiyyətlər üçün də ideoloji əsas olacaq”. Nailə Qasımova, Medianews.az

Bizə qoşulun