Medianews.az
Çox yatmaq niyə təhlükəli<span style=color:red>  hesab olunur?
105 baxış

Çox yatmaq niyə təhlükəli  hesab olunur?

Nevroloq Vladimir Martınov uzun yuxunun təhlükəli ola biləcəyini söyləyib. Medianews.az xəbər verir ki, Martınov uzun yuxunun təhlükələrini açıqlayıb və bunun insult riskini artırdığını bildirib. "Gündə 10 saatdan çox yatmaq hipotiroidizm, depressiya, yuxu apnesi sindromu kimi gizli xəstəliklərin əlaməti ola bilər. Həmçinin, çox yatmaq özlüyündə insult, şəkərli diabet və hətta vaxtından əvvəl ölüm riskini artırır” deyə xəbərdarlıq edib. Mütəxəssis əlavə edib ki, insan orqanizmi adətən nə qədər yuxuya ehtiyac olduğunu özü deyir. Ancaq bir insan gündə 10-12 saat yatırsa və həyəcan hiss etmirsə, o zaman həkimə müraciət etməlidir. Medianews.az

Bizə qoşulun