Medianews.az
"Real Madrid"də yeni baş məşqçi - müqavilənin vaxtı bəlli oldu
162 baxış

"Real Madrid"də yeni baş məşqçi - müqavilənin vaxtı bəlli oldu

Almaniyanın "Bayer Leverkuzen" klubunun baş məşqçisi Xabi Alonsonun İspaniya təmsilçisi "Real Madird"lə müqavilə imzalayacağı tarix açıqlanıb. Oxu.Az "El Chiringuito TV"yə istinadən xəbər verir ki, 43 yaşlı mütəxəssis iyunun 1-də sözləşməyə imza atacaq. O, iyunun 15-dən iyulun 13-dək ABŞ-də baş tutacaq klublararası dünya çempionatında komandaya rəhbərlik edəcək. Qeyd edək ki, mayın 9-da Leverkuzen təmsilçisi Alonsonun mövsümün sonunda klubdan ayrılacağını açıqlayıb. O, "Real Madrid"də Karlo Ançelottini əvəzləyəcək.

Bizə qoşulun