Medianews.az
Gəncədə qəzaya uğrayan BMV evin <span style=color:red>yanmasına səbəb oldu
115 baxış

Gəncədə qəzaya uğrayan BMV evin yanmasına səbəb oldu

Gəncə şəhərində BMV markalı minik avtomobilinin idarəetmədən çıxaraq yol kənarındakı elektrik dirəyinə çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Medianews.az -a Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, yanğın nəticəsində yaxınlıqdakı ümumi sahəsi 140 m² olan birmərtəbəli dördotaqlı evin bir otağının tavanı, dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə, bir ədəd televizor və bir ədəd kondisioner yanıb. Evin qalan hissəsi və avtomobil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bizə qoşulun