Medianews.az
"Qarabağ" - "Araz- Naxçıvan" oyunu <span style=color:red>FIFA hakimlərinə tapşırıldı
196 baxış

"Qarabağ" - "Araz- Naxçıvan" oyunu FIFA hakimlərinə tapşırıldı

Misli Premyer Liqasında XXXIV turun oyunlarını idarə edəcək hakimlərin adlarını açıqlanıb. Medianews.az Offsideplus.az-a istinadən xəbər verir ki, AFFA "Qarabağ" və "Araz-Naxçıvan" arasında son vaxtlar həm çempionat, həm də kubok matçlarının gərgin keçdiyini nəzərə alaraq görüşə FIFA dərəcəli hakimləri təyin edib. 9 may “Sabah” – “Şamaxı” Bank Respublika Arena. Saat 19:00 Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Zöhrab Abbasov, Əkbər Əhmədov VAR: Rəvan Həmzəzadə AVAR: Müslüm Əliyev Hakim-inspektor: Rəhim Həsənov AFFA nümayəndəsi: Asif Əliyev   10 may “Səbail” – “Zirə” ASCO Arena. Saat 17:00 Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Kərim Zeynalov, Elvin Bayramov VAR: Kamal Umudlu AVAR: Elşad Abdullayev Hakim-inspektor: Ömər Paşayev AFFA nümayəndəsi: Azər Əsgərov   “Turan Tovuz” – “Neftçi” Tovuz şəhər stadionu. Saat 19:30 Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Teymur Teymurov, Kamranbəy Rəhimov VAR: Nicat İsmayıllı AVAR: Cəmil Quliyev Hakim-inspektor: Ramil Diniyev AFFA nümayəndəsi: Kifayət Mustafayeva   11 may “Kəpəz” – “Sumqayıt” Tovuz şəhər stadionu. Saat 18:00 Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Kamran Əliyev VAR: Elçin Məsiyev AVAR: Pərvin Talıbov Hakim-inspektor: Vüsal Əliyev AFFA nümayəndəsi: Erkin Hüseynov   “Qarabağ” – “Araz-Naxçıvan” Azersun Arena. Saat 20:00 Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev VAR: Rauf Cabarov AVAR: Rəhman İmami Hakim-inspektor: Anar Salmanov AFFA nümayəndəsi: Nəriman Axundov  

Bizə qoşulun