04.05.2025, 18:00
140 baxış
Azad
Türkiyə: ana müxalifətin liderinə hücum olub
Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özelə qarşı fiziki hücum olub.
Hadisə Türkiyə Böyük Millət Məclisi (TBMM) sədrinin müşaviri Sırrı Süreyya Önder üçün İstanbulda keçirilən cənazə mərasimindən sonra baş verib.
Faktla bağlı açıqlamalar verən Türkiyə hökuməti rəsmiləri törədilən şiddətə qarşı etirazlarını bildiriblər.
Ölkənin daxili işlər naziri Ali Yerlikaya CHP sədrinə hücum edən şəxsin saxlanıldığını bildirib. /AZƏRTAC