04.05.2025, 21:15
76 baxış
Azad
Moskvada yaşayış binasında güclü partlayış - Ölən və yaralananlar var - FOTO
Moskvanın General Tyulenev küçəsindəki yaşayış binalarından birində əvvəlcə partlayış daha sonra yanğın çıxıb.
“Qafqazinfo” xəbər verir ki, bu haqda TASS məlumat yayıb.
İlkin ehtimala görə, partlayış 9-cu mərtəbədə baş verib. Nəticədə 8-9-cu mərtəbələr uçub. 10-dan çox yaralının olduğu qeyd edilir.
Hadisə yerinə müvafiq qurumlar cəlb olunub.
“Report” xəbər verir ki, ilkin məlumata görə, hadisə nəticəsində uşaqlar da daxil olmaqla 20-yə yaxın adam yaralanıb.Ən azı iki nəfər ölüb. Üç nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.