Politoloq Xaqani Cəfərli Medianews.az-a açıqlamasında deyib ki, Rusiyanın “məsumluğunu” müdafiə edənlər Boltonun sözlərinin əsassız olduğunu sübut etməyə çalışırlar: “Halbuki Bolton yeni heç nə icad etməyib. Əksinə, Bolton Hitler faşizmindən daha təhlükəli olan “Putin doktrinası”nı tam ifadə etməyib. Kremlin dövlət siyasətinin əsasını təşkil edən “Putin doktrinası”na görə, Rusiyanın sərhədi yoxdur. “Putin doktrinası”na görə, Rusiya imperiyasının dağılması nəticəsində yaranmış müstəqil dövlətlər, eləcə də keçmiş Sovet İttifaqının təsir dairəsinə daxil olan Mərkəzi və Şərqi Avropa dövlətləri Moskvanın təsir dairəsinə daxil olmalıdır”.
Politoloq qeyd edib ki, Rusiyanın Ukraynaya qarşı cinayətkar müharibəsi də Kremlin “Putin doktrinası”nı həyata keçirmək cəhdinin nəticəsidir.
X.Cəfərlinin fikrincə, “Putin doktrinası” rus imperiyasının dağılması nəticəsində yaranmış müstəqil dövlətlərə, eləcə də keçmiş Sovet İttifaqının təsir dairəsinə daxil olan Mərkəzi və Şərqi Avropa dövlətlərinə ölüm, dağıntı və əsarət vəd edir: “Ona görə də indi “Putin doktrinası”na qarşı birləşmək zamanıdır”.
Toğrul Əli,
Medianews.az
02.05.2025, 09:15
154 baxış
Azad
“Putin doktrinası”na qarşı birləşmək zamanıdır – Politoloq
Donald Trampın birinci prezidentliyi dövründə milli təhlükəsizlik müşaviri olmuş, ABŞ-da Rusiya siyasətinin mahiyyətini ən yaxşı anlayan şəxslərdən biri olan Con Bolton Putinin Ukrayna ilə kifayətlənməyəcəyini, Azərbaycan, Gürcüstan, Ermənistan və Mərkəzi Asiya respublikalarını da ələ keçirməyə çalışacağını bildirib. Bolton deyib ki, Putin Baltikyanı ölkələrin də Rusiya imperiyasının bir hissəsi olduğunu düşünür. Bolton xəbərdarlıq edib ki, Putinin Mərkəzi və Şərqi Avropa ölkələrində böyük Rusiya imperiyasının bir hissəsi kimi görmək istədiyi ərazilər var.

Paylaş: