Medianews.az
Hindistan və Pakistan ordularının gücü - <span style=color:red>STATİSTİKA
236 baxış

Hindistan və Pakistan ordularının gücü - STATİSTİKA

Məlum olduğu kimi, Hindistanla Pakistan arasında gərginlik pik həddə çatıb, iki ölkənin müharibə ərəfəsində olduğu deyilir. Medianews.az saytı məsələnin aktuallığını nəzərə alaraq, Hindistan və Pakistan orduları haqda statistik məlumatları təqdim edir: HİNDİSTAN əhali – 1 milyard 442 min nəfər hərbi büdcə – 86,1 milyard dollar dünyanın ən güclü orduları reytinqində yeri – 4-cü yer nüvə başlıqları – 180 ədəd ballistik raketlərin qət edə biləcəyi məsafə - 5200 kilometr qulluqda olan hərbçilər – 1 milyon 500 min nəfər döyüş təyyarələri – 600-dən çox döyüş helikopterləri - 900-ə yaxın tanklar – 4200 ədəd sualtı qayıqlar – 18 ədəd freqatlar (sərbəst hərbi əməliyyat apara bilən kiçik döyüş gəmisi) – 14 ədəd esmineslər (hərbi dəniz nəqliyyatının hücumlarından müdafiə olunmaq və müşahidə aparmaq üçün nəzərdə tutulmuş zirehli, sürətli hərbi gəmi) – 13 ədəd aviadaşıyıcılar (təyyarələri dəstəkləmək, silahlandırmaq, yerləşdirmək və bərpa etmək üçün uzun uçuş göyərtəsi və anqar qurğuları ilə təchiz edilmiş, dəniz hava bazası kimi istifadə olunan hərbi gəmi) – 2 ədəd. PAKİSTAN əhali – 236 milyon nəfər hərbi büdcə – 10,2 milyard dollar dünyanın ən güclü orduları reytinqində yeri – 12-ci yer nüvə başlıqları – 170 ədəd ballistik raketlərin qət edə biləcəyi məsafə - 2800 kilometr qulluqda olan hərbçilər - təxminən 650 min nəfər döyüş təyyarələri – 400-dən çox döyüş helikopterləri – 300-dən çox tanklar – 2600 ədəd sualtı qayıqlar – 8 ədəd freqatlar - 9 ədəd esmines - yoxdur aviadaşıyıcı – yoxdur. Nailə Qasımova,  Medianews.az

Bizə qoşulun