Medianews.az
Əvəz Zeynallı müalicə almaq üçün <span style=color:red>Türkiyəyə gedir
260 baxış

Əvəz Zeynallı müalicə almaq üçün Türkiyəyə gedir

Aprelin 25-də səhhəti ilə əlaqədar vaxtından əvvəl həbsdən azadlığa buraxılmış “Xural” Media Qrupunun rəhbəri Əvəz Zeynallı müalicə almaq üçün Türkiyəyə gedir. Bunu Medianews.az-a jurnalistin həyat yoldaşı Məlahət Zeynallı deyib. M.Zeynallı bildirib ki, Ə.Zeynallı müalicə olunması üçün müxtəlif ölkələrdən dəvət alıb: “Onlarla həkim, xərçəngdən sağalmış yüzlərlə vətəndaşımız zəng edir, müalicə yollarını göstərirlər. Hamısını oxuyuruq, hamısını dəyərləndiririk, hamısını qiymətləndiririk və bir daha maraqlanan, dərdimizə şərik olan hər kəsə - hamıya sonsuz minnətdarıq. Bəzi detallar müəyyənləşən kimi isə müalicə üçün Türkiyəyə yollanacağıq”. Ə.Zeynallı 2022-ci il sentyabrın 10-dan həbsdə olub. 2025-ci ilin martında onda xərçəng xəstəliyi aşkarlanıb. Cinayət Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, ağır xəstəliyə düçar olmuş şəxs məhkəmənin qərarı ilə cəza çəkməkdən azad edilə bilərlər. “Məhkumların xəstəliyə görə cəza çəkməkdən azad edilmələri üçün əsas olan xəstəliklərin siyahısı”na bütün bədxassəli şişlər daxildir. 2025-ci il aprelin 25-i Nizami Rayon Məhkəməsinin qərarına əsasən, Ə.Zeynallı xəstəliyi ilə əlaqədar vaxtından əvvəl həbs cəzasından azad edilib. Ə.Zeynallı 9 ilə yaxın müddətə azadlıqdan məhrum edilmişdi. Toğrul Əli, Medianews.az

Bizə qoşulun