Medianews.az
Dövlət məlumat bazalarını “təmizləyir” - <span style=color:red>Milyonlarla uyğunsuzluq aşkarlanıb!
133 baxış

Dövlət məlumat bazalarını “təmizləyir” - Milyonlarla uyğunsuzluq aşkarlanıb!

Dövlət mərhələli şəkildə qurumların informasiya sistemlərindəki məlumat bazalarını “təmizləyir”, artıq 30 milyon uyğunsuzluq aşkarlanaraq dürüstləşdirilib. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədr müavini Rəşad Xalıqovun verdiyi məlumata görə, Azərbaycanda dövlət qurumlarında 30 milyondan çox məlumatın dürüstləşdirilməsi təmin edilib. O bildirib ki, hazırda müxtəlif dövlət qurumlarının məlumat bazalarındakı kirlilik və uyğunsuzluqların aradan qaldırılması məqsədilə layihələr icra olunur. Məsələni Medianews.az-a şərh edən Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri Elvin Abbasov deyib ki, Rəşad Xalıqovun açıqlaması faktiki olaraq dövlət sistemlərində çoxsaylı vətəndaş məlumatlarının səhv olduğunu ortaya qoyur: “Məlumatlardakı uyğunsuzluqlar bir çox halda vətəndaşlara birbaşa təsir göstərib. İnsan faktoruna bağlı natamam və qüsurlu icra olunan proseslər vətəndaşlar üçün əlavə çətinliklər yaradıb. Rəqəmsallaşmanın əsas məqsədlərindən biri məhz dürüstləşmə və şəffaflığın təmin olunmasıdır. Əgər bu mərhələ uğurla tamamlanmazsa, insan faktorundan qaynaqlanan problemlər yenə də vətəndaşların gündəlik həyatına mənfi təsir göstərəcək. Bu səbəbdən də məlumatların dürüstləşdirilməsi prosesi bütün rəqəmsallaşma təşəbbüsləri içərisində prioritet məsələlərdən biri olmalıdır. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədr müavininin açıqlamasında qeyd edildiyi kimi, 2025–2028-ci illəri əhatə edən süni intellekt strategiyası qəbul edilib və 15 müxtəlif layihələrin icrası planlaşdırılır. Ancaq hər hansı bir texnoloji inkişafın uğuru üçün təməl məlumatların dəqiqliyi həlledici rol oynayır”. Nailə Qasımova, Medianews.az

Bizə qoşulun