Medianews.az
Üç metrlik timsah balıqçını sürüyüb aparmağa çalışır
119 baxış

Üç metrlik timsah balıqçını sürüyüb aparmağa çalışır

Malayziyada üç metrlik timsah 50 yaşlı balıqçını tutmağa çalışıb. Medianews.az xəbər verir ki, dəfələrlə çayda görünən üç metrlik timsah balıqçının ayağından yapışıb. Buna cavab olaraq kişi əlində tutduğu pala ilə timsahı vurub. Timsah bir neçə dəfə balıqçını suya sürükləməyə çalışsa da, o, yırtıcı heyvanın başına vurmağa davam edib. Pala zərbələrindən biri timsahın gözünü zədələyib. Nəhayət, heç bir şey olmadan uzaqlaşmalı olub. Sudan çıxan balıqçı hadisəni özü polisə xəbər verib, daha sonra xəstəxanaya gedib. O, əlindən, sağ bud və dizindən, həmçinin qarnının sağ nahiyəsindən xəsarət alıb. Medianews.az

Bizə qoşulun