29.04.2025, 08:29
135 baxış
Lamiyə
Demensiyaya səbəb olan 3 VƏRDİŞ
Nevroloq Baybin Çen, üç gündəlik vərdişin demansın inkişafını sürətləndirdiyini söyləyib.
Medianews.az xəbər verir ki, Çenin xəbərdar etdiyi kimi, şəkər və şəkərli içkilərin həddindən artıq istehlakı demensiyanın inkişaf riskini artırır.
Bundan əlavə, bu vərdiş ürək-damar xəstəliklərinin, şəkərli diabetin və piylənmənin inkişafına səbəb olur. Həkim xüsusilə yeniyetmə və gənclər arasında rast gəlinən yüksək səsli musiqiyə qulaqcıqda qulaq asmamağıda da tövsiyə edib.
Həkimin sözlərinə görə, keyfiyyətsiz yuxu həm də ürək-damar patologiyalarının və Alzheimer xəstəliyinin inkişaf riskini artırır. Mütəxəssis insanları gənc yaşlarından gecə istirahətinin keyfiyyətinə diqqət yetirməyə çağırıb, çünki bu, fiziki, əqli və emosional rifahın əsas amilidir.
Sonda Çen qeyd edib ki, alimlərin araşdırmalarına əsasən, yuxusuzluq demensiyanın biomarkerlərinin mövcudluğundan asılı olmayaraq beyin strukturuna mənfi təsir göstərir.
Medianews.az