Medianews.az
Avtomobil idman zalına çırpıldı - <span style =color:red>25 yaşlı sürücü öldü
85 baxış

Avtomobil idman zalına çırpıldı - 25 yaşlı sürücü öldü

Bakıda ölümlə nəticələnən qəza baş verib. “Qafqazinfo” xəbər verir ki, hadisə gecə saat 01:10 radələrində Binə qəsəbəsi Atçılıq yaşayış massivində baş verib. 2000-ci il təvəllüdlü Orxan Sərhəd oğlu Qurbanov idarə etdiyi “AzSamand” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın idman zalına çırpılıb. Sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı Xəzər RPİ-də cinayət işi başlanılıb.

Bizə qoşulun