Medianews.az
Fələstin Prezidenti <span style=color:red>xələfini seçdi
77 baxış

Fələstin Prezidenti xələfini seçdi

Fələstin Prezidenti Mahmud Abbas yaxın sirdaşı sayılan Hüseyn əş-Şeyxi müavini və mümkün xələfi təyin edib. Lent.az-ın xəbərinə görə, bu barədə Fələstin Azadlıq Təşkilatı məlumat yayıb. Fələstin Azadlıq Təşkilatının razılığı ilə Hüseyin Eş-Şeyx bu vəzifəyə təyin olunub. Fələstin Azadlıq Təşkilatı yaradıldığı 1964-cü ildən sonra ilk dəfə bu il aprelin 24-də prezident müavini vəzifəsinin təsisinə qərar vermişdi. Qeyd edək ki, 89 yaşlı Mahmud Abbas 2004-cü ildə Yaser Ərəfatın ölümündən sonra Fələstin Azadlıq Təşkilatının lideri və Fələstin prezidentidir. 64 yaşlı Hüseyn əş-Şeyx isə Fələstin Azadlıq Təşkilatının İcra Komitəsinin Baş katibi olub.

Bizə qoşulun