Medianews.az
İranda güclü partlayış - <span style=color:red>Yaralılar var - YENİLƏNİB
115 baxış

İranda güclü partlayış - Yaralılar var - YENİLƏNİB

İranın Şəhid Rəcai limanında baş verən partlayışda xəsarət alanların sayı 406 nəfərə çatıb. Milli.Az xəbər verir ki, bu barədə İranın yerli hakimiyyət orqanları məlumat yayıb. 14:18 İranın cənubundakı Bəndər Abbas şəhərində dəniz limanında güclü partlayış olub. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb. Məlumata görə, hadisə yanacaq tankerinin partlaması nəticəsində baş verib. Partlayış dalğası o qədər güclü olub ki, ərazidəki bir ofis binasını və bir çox avtomobili tamamilə sıradan çıxarıb. 50-yə yaxın şəxsin yaralandığı bildirilir.

Bizə qoşulun