25.04.2025, 07:38
142 baxış
Lamiyə
Timsah qadına hücum etdi
Cənubi Afrikanın KvaZulu-Natal əyalətində timsah Enseleni çayını keçən qadına hücum edib.
Medianews.az xəbər verir ki, ertəsi gün yerli sakinlər çayda meyiti görüb və hüquq-mühafizə orqanlarına məlumat veriblər. Polis əməkdaşları qadını sudan çıxarıblar.
Polis qadının yaxınlıqdakı kəndlərin sakinlərinin tez-tez istifadə etdiyi keçidlə getdiyini güman edir. Timsah üzündən o, suya düşərək boğulub. Bundan sonra yırtıcı ona toxunmayıb: yaralar yalnız əlində tapılıb.
Medianews.az
Paylaş: