25.04.2025, 08:51
148 baxış
Lamiyə
Qadının cəsədi 14 zibil torbasında tapıldı
ABŞ-də 70 yaşlı qadının cəsədi 14 zibil torbasında tapılıb.
Medianews.az xəbər verir ki, hadisə Konnektikut ştatında baş verib.
Polisə qadının böyük oğlu zəng edib. O, anasını uzun müddətdir görmədiyini, ondan narahat olduğunu bildirib.
Polislər məhrumun evinə gələndə uğursuz yanğına dair sübutlar, həmçinin içərisində onun parçalanmışqalıqları olan 14 zibil torbası tapıb.
Qadının böyük oğlu dərhal şübhə altına düşüb və həbs edilib. Ehtimal olunur ki, həmin şəxs anasını öldürüb, daha sonra isə cinayətin sübutunu atəşlə ört-basdır etmək üçün cəhd edib.
Ekspertizaya görə, qadın iki ay əvvəl vəfat edib. Onlar həmçinin evdə müxtəlif kəsici alətlər, o cümlədən elektrik mişarı tapıblar.
İstintaq davam edir.
Medianews.az