18.04.2025, 11:37
167 baxış
Lamiyə
134 sərnişini daşıyan təyyarənin mühərriki uçuş zamanı yandı
ABŞ-dən Meksikaya uçan və içərisində 134 nəfərin olduğu təyyarənin mühərriki uçuş zamanı yanıb.
Medianews.az xəbər verir ki, hadisə, aprelin 17-də baş verib.
Yanğın səbəbindən pilotlar uçuşu yarımçıq qoyaraq, uçuş hava limanına qayıtmalı olublar.
Təyyarə eniş edərkən yanğınsöndürənlər mühərrikin alovunu və uçuş-enmə zolağının yaxınlığında yanan otları söndürüblər.
Ekipaj bütün sərnişinləri təxliyə etməyə kömək edib. Ölən və yaralananlar barədə məlumat yoxdur.
ABŞ Federal Aviasiya Administrasiyası araşdırmaya başlayıb.
Medianews.az