Medianews.az
Yeməkdən sonra bu içkiləri içməyin –<span style=color:red> Xəbərdarlıq
193 baxış

Yeməkdən sonra bu içkiləri içməyin – Xəbərdarlıq

“Yeməkdən sonra qəhvə, çay və ya yoqurt içmək olmaz”. Medianews.az xəbər verir ki, bunu diyetoloq Sandra Monino deyib. Monino xəbərdarlıq edib ki, yoqurtun tərkibində kalsium var və bu, məsələn, mal əti, mərcimək və ispanaqda olan dəmirin sorulmasına mane olur. Ümumiyyətlə, bu, bütün süd məhsullarına aiddir. Mütəxəssisin fikrincə, sadalanan içkiləri yeməkdən ən azı iki saat sonra qəbul etmək daha yaxşıdır. Həkim insanları kofeinin yuxunun keyfiyyətinə mənfi təsir etdiyini də xatırlamağa çağırıb. Bu baxımdan o, səhər yeməyi ilə nahar arasında qəhvə içməyi tövsiyə edib. Medianews.az

Bizə qoşulun