Medianews.az
Azərbaycanın neft hasilatı azala-azala gedir. <span style=color:red>İlin sonuna bizi nə gözləyir?
279 baxış

Azərbaycanın neft hasilatı azala-azala gedir. İlin sonuna bizi nə gözləyir?

Dövlət Statistika Komitəsi 2025-ci ilin ilk üç ayının yekunları ilə bağlı iqtisadi göstəriciləri açıqlayıb. Göstəriciləri Medianews.az saytına şərh edən iqtisadçı ekspert Rövşən Ağayev deyib ki, uzun müddətdir neft hasilatında gedən azalma bu il də eyni sürətlə davam edir: “Ötən ilin eyni dövrünə nisbətən 400 min ton azalma var. Əgər hasilatdakı kiçilmənin bu tempi il boyu qalsa, ilin sonuna ən azı 1,5 milyon ton azalma görəcəyik. 2020-2024-cü illərdə Azərbaycanın xam neft istehsalı 5 milyon azalıb. Əgər 2025-ci il üzrə gözlənilən azalma baş verəcəksə, son 5 ildə 7 milyon tona yaxın, yaxud 20% azalmanın qeydə alınacağı realdır”. R.Ağayev xatırladıb ki, 2015-2020-ci illər aralığında da 7 milyon ton azalma baş vermişd: “Əslində koronovirus pandemiyası və Rusiya-Ukrayna müharibəsi baş verməsəydi, qaz hasilatındakı sürətli artıma baxmayaraq Azərbaycan post-neft erasının ayaq səslərini çox erkən hiss edəcəkdi. Əgər qlobal hərbi qarşıdurmalar olmasa, yaxın dövrdə enerji bazarında "qiymət köpükləri"nin əriməsi resursdan asılı ölkələr üçün problemləri daha çox hiss etdirəcək. Bu prosesə əsas töhfə elektromobilləşmənin sürətlə genişlənməsindən və qlobal iqtisadi artımın zəifləməsindən gələcək". Toğrul Əli, Medianews.az

Bizə qoşulun