Medianews.az
Siyasi Şura qərar verdi - <span style=color:red>Yeni sədr seçkisinə doğru ilk addım atıldı
239 baxış

Siyasi Şura qərar verdi - Yeni sədr seçkisinə doğru ilk addım atıldı

Aprelin 12-də Ədalət Partiyası Siyasi Şurasının iclası keçirilib. Partiyanın sədr müavini Mütəllim Rəhimovun Medanews.az-a bildirdiyinə görə, iclasda Mərkəzi Nəzarət-Təftiş Komissiyasının üzvləri də iştirak ediblər. M.Rəhimov qeyd edib ki, Siyasi Şuranın iclasında qurultaya hazırlıq məsələləri müzakirə olunub: “Nizamnaməyə uyğun olaraq aprelin 19-da Ali Məclisin iclasının keçirilməsi barədə qərar qəbul edildi. Qurultayın keçiriləcəyi tarixi Ali Məclis müəyyənləşdirəcək”. Xatırladaq ki, nizamnaməyə əsasən, Ədalət Partiyasının qurultayı dörd ildən bir keçirilməlidir. Partiyanın sonuncu qurultayı 2021-ci ilin martında olub. Ədalət Partiyasının qurucu lideri İlyas İsmayılov vəfat etdiyindən partiyanın 2025-ci ilin mart ayında keçirilməli olan qurultayı baş tutmayıb. Ədalət Partiyası 1993-cü ildə yaradılıb. Sovet dövründə respublika prokuroru, müstəqillik dövründə Azərbaycanın ədliyyə naziri, Milli Məclisin deputatı olmuş professor İlyas İsmayılov 2025-ci il fevralın 17-də 86 yaşında vəfat edib. Bu səbəbdən qarşıdan gələn qurultayda Ədalət Partiyasına yeni sədr də seçilməlidir. Toğrul Əli, Medanews.az

Bizə qoşulun