Medianews.az
3 kişi qadını dondurucuda <span style=color:red>saxlayıblar
141 baxış

3 kişi qadını dondurucuda saxlayıblar

Yaponiyada üç kişi intihar edən qadını dondurucuda gizlədib. Medianews.az xəbər verir ki, aprelin əvvəlində polis Nagahama şəhərindəki evdə dondurucuda paltarlı, donmuş qadın tapıb. Yarılma zamanı həyati təhlükəsi olan xarici xəsarət aşkar edilməyib. Ölümün dəqiq səbəbi hələ də müəyyənləşdirilir. Daha sonra qadının Osaka prefekturasının Sakai şəhərindən olan 57 yaşlı Mariko Nonaka olduğu müəyyən edilib. Müstəntiqlər onun əri, 63 yaşlı Hideki Nonakanı saxlayıblar. Şiqa polisi daha iki kişini: 49 yaşlı Tatsuhiko İvase və həmin dondurucunun olduğu evin sahibi Koişiro İvaseni saxlayıb. Hər üç şəxs meyiti gizlətmək üçün sui-qəsddə ittiham olunub

Bizə qoşulun